17 yaşlı oğlan bacısını qanına qəltan etdi

17 yaşlı oğlan bacısını qanına qəltan etdi
16:43 1 Dekabr 2016
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb.

Belə ki, ailə-məişət münaqişəsi zəminində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsu vuraraq onu qətlə yetirib.

Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/178144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR