“Fənərbaxça”- “Beşiktaş” derbisinin hakimi açıqlandı

“Fənərbaxça”- “Beşiktaş” derbisinin hakimi açıqlandı
16:44 1 Dekabr 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

Şənbə günü oynanılacaq “Fənərbaxça”- “Beşiktaş” derbisinin hakimi müəyyənləşib.

Lent.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən məlumatına görə, qarşılaşmanı Hüseyn Göçək idarə edəcək. 

Dekabrın 3-də keçiriləcək qarşılaşma Şükrü Saracoğlu stadionunda baş tutacaq. Derbinin start fiti Bakı saatı ilə 20:00-da çalınacaq.

Qeyd edək ki, Türkiyə Super Liqasında “Beşiktaş” 12 oyun sonunda 28 xalla 2-ci pillədə, “Fənərbaxça” isə 24 xalla 3-cü pillədədir. Liqaya 30 xalla “Başakşehir” liderlik edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR