Rəcəb Tayyib Ərdoğan: ”Suriyadakı əməliyyatların hədəfi hər hansı şəxs deyil”

Rəcəb Tayyib Ərdoğan: ”Suriyadakı əməliyyatların hədəfi hər hansı şəxs deyil”
17:27 1 Dekabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ “”Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatının hədəfi hər hansı bir dövlət və ya şəxs deyil, sadəcə terror qruplaşmalarıdır”.
“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra başçılarının Beştəpədə keçirilən 30-cu toplantısındakı çıxışında bildirib.
“Heç kimin şübhəsi olmasın, söylədiklərimizi də kimsə başqa şəkildə yozmasın. Dəfələrlə demişik ki, Türkiyə təkbaşına qalsa da terror qruplaşmalarına qarşı mübarizəni davam etdirəcək”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 100 gündür Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı“) adı altında əməliyyat həyata keçirir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/receb-tayyib-erdogan-suriyadaki-emeliyyatlarin-hedefi-her-hansi-sexs-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR