Vasim Məmmədəliyev: "Multikulturalizm əlini qoynuna qoyub müti şəkildə dayanmaq deyil"

Vasim Məmmədəliyev: "Multikulturalizm əlini qoynuna qoyub müti şəkildə dayanmaq deyil"
17:27 1 Dekabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 1 dekabr. REPORT.AZ/ "Multikulturalizm, tolerantlıq qanuni haqqımızdan imtina etməyimiz demək deyil. Biz qanuni haqqımızdan heç zaman imtina etmərik".
"Report" xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ali Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev deyib.
Onun sözlərinə görə, şəxsiyyətə, insana, xalqa, əraziyə hörmətdən başqa, özünün qanuni haqqına hörmət də multikulturalizmin əsas cəhətlərindən biridir: "Multikulturalizm əlini qoynuna qoyub müti şəkildə dayanmaq deyil. Multikulturalizm bütövlükdə mədəniyyət, insanlıq, humanistlik göstərməklə yanaşı, qanuni haqqın tapdalandıqda heç kəsə güzəştə getməməkdir. Onun mahiyyəti budur. Bəziləri multikulturalıq deməklə əlimizi yanımıza salıb dayanmalı olduğumuzu fikirləşməsinlər. Haqqı, ədaləti tələb etmək öz yerində, söhbət həm də xalqımıza, varlığımıza xas multikultural ənənələri daha da inkişaf etdirməkdən gedir".
V.Məmmədəliyev bildirib ki, bu regionda çox millətlər yaşasa da, ancaq onların arasında heç vaxt dini zəmində böyük münaqişə olmayıb: "İslam bu cür münasibətləri hər zaman qoruyub saxlamağı tövsiyə edir". 

Xəbərin orijinal ünvanı: https://report.az/din/multikulturalizm-elini-qoynuna-qoyub-muti-sekilde-dayanmaq-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR