"ƏN Yeni il" konsert proqramı ilə bağlı mediayarış elan edilib

"ƏN Yeni il" konsert proqramı ilə bağlı mediayarış elan edilib
17:47 1 Dekabr 2016
142 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionu (BOS) “ƏN Yeni il” konsert proqramı ilə bağlı media-yarış elan edib.
“Report”un xəbərinə görə, yarışda ölkədə fəaliyyət göstərən bütün KİV nümayəndələri iştirak edə bilər.
Yarışın qaydasına əsasən, media nümayəndələri dekabrın 1-dən 20-dək “ƏN Yeni il” konserti ilə bağlı məqalələrini, köşə yazılarını və video materialları öz saytlarında/kanallarında yerləşdirməli (yayımlamalı) və istinad keçidlərini media@bos.az elektron ünvanına göndərməlidirlər.
Qalibin seçimi zamanı təqdim olunan materialların orijinallığına və kreativliyinə diqqət yetiriləcək.
Qalib KİV nümayəndəsi konsertin təşkilatçıları tərəfindən seçiləcək və dekabrın 25-də BOS-un rəsmi saytında elan olunacaq.
Hədiyyə olaraq, qalib media nümayəndəsi konsert zamanı səhnə arxasında ulduzlarla eksklüziv müsahibə almaq şansı qazanacaq.
Qeyd edək ki, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/en-yeni-il-konsert-proqrami-ile-bagli-mediayaris-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR