Bakıda Azad Ticarət Zonasında ilk resipiyentlərin qəbul edilməsi vaxtı məlum olub

Bakıda Azad Ticarət Zonasında ilk resipiyentlərin qəbul edilməsi vaxtı məlum olub
17:52 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda 2017-ci ilin birinci yarısında "Yeni Dəniz Ticarət Limanı" QSC-nin (Bakı limanı) tərkibində Azad Ticarət Zonasına ilk resipiyentlərin qəbulu edilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan-ABŞ biznes forumunun "Nəqliyyat: Yeni İpək Yolu" sessiyasında Bakı limanının İstismar Xidmətinin müdiri Yucin Si (Eugene Seah) bildirib.
"Gələn ilin birinci yarısında Bakı limanının tərkibində Azad Ticarət Zonasında ilk sərmayələrin qəbul edilməsi planlaşdırılır. Həmçinin, 2017-ci ilin eyni dövründə liman ilk gəmilərin qəbulunu həyata keçirəcək" - Y.Si deyib.
Qeyd edək ki, 2017-ci ilin birinci yarısında "Yeni Dəniz Ticarət Limanı" QSC-nin (Bakı limanı) tərkibində Azad Ticarət Zonasının işə başlaması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-azad-ticaret-zonasinda-ilk-resipiyentlerin-qebul-edilmesi-vaxti-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR