"Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb

"Lufthansa"nın Bakı uçuşları daxil olmaqla, 4500 reysi təxirə düşüb
19:05 1 Dekabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Lufthansa" aviaşirkətinin 6 gündür tətil edən pilotları bu gündən etibarən işə çıxıblar.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu gün Pilotların Həmkarlar İttifaqı tətilin başa çatdığını elan edib.

Tətil səbəbindən "Lufthansa"nın Bakıya uçuşlar daxil olmaqla, 4500 aviareysi təxirə salınıb. Buna görə təqribən 500 min sərnişin vaxtında səfər edə bilməyib.

"Lufthansa"da 5400-ə yaxın pilot çalışır.

İqtisadi ekspertlər tətilin aviaşirkətə böyük maddi zərər vurduğunu bildirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR