SOCAR Novorossiysk, Supsa və Ceyhan limanlarından ixrac etdiyi xam neftin həcmini açıqlayıb

SOCAR Novorossiysk, Supsa və Ceyhan limanlarından ixrac etdiyi xam neftin həcmini açıqlayıb
19:17 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ SOCAR noyabrda Novorossiysk, Supsa və Ceyhan limanlarından ixrac etdiyi xam neftin həcmini açıqlayıb. 
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, SOCAR 2016-cı ilin noyabr ayında Novorossiysk limanından 159 min 712 ton, Supsa limanından 91 min 616 ton, Ceyhan limanından 1 milyon 501 min 807 ton xam neft ixrac edib.
Ümümilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 137 min 953 ton, Supsa limanından 2 milyon 212 min 888 ton, Ceyhan limanından 15 milyon 494 min 20 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib. 
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-novorossiysk-supsa-ve-ceyhan-limanlarindan-ixrac-etdiyi-xam-neftin-hecmini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR