Üfunət iyi verən heyvan cəmdəkləri aşkarlandı- Azərbaycanda - FOTO

Üfunət iyi verən heyvan cəmdəkləri aşkarlandı- Azərbaycanda - FOTO
19:19 1 Dekabr 2016
117 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.

 

DBNX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2016-cı ilin 27, 28 və 29 noyabr tarixlərində qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilib.

 

27 noyabr 2016-ci il tarixində Yevlax rayonunda keçirilmiş reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilib.

 

Evin həyətində olan Nizami Kərimova məxsus 06 “Jiquli” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılan, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub.

 

Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilib. Eləcə də həyətdə olan 05 “Jiquli” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar olunub.

 

Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətindəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, mötəviyyatla dolu qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkarlanıb.

 

Bərdədə Məmmədov Vəli Xanış oğluna məxsus Səməd Vurğun küçəsi 8 nömrəli, onun oğlu Məmmədov Alim Vəli oğluna məxsus Səməd Vurğun küçəsi 11 nömrəli və Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsus Səməd Vurğun küçəsi 9 nömrəli evlərin həyətlərinə baxış keçirərkən həyətlərdə qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançaları (sallaqxana) və meydançaların ətrafında çoxlu miqdarda qan gölməçələri müəyyən edilib.

 

28 noyabrda Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatının 1 nömrəli soyuducu kamerasında ümumilikdə 480 kq çəkidə olan hər birinin çəkisi 20 kq, 24 ədəd karton qutuda hissələrə bölünmüş, dondurulmuş ət ( o cümlədən 9 qutu qoyun əti, 3 qutu malın bel əti, 7 qutu malın can əti, 5 qutu malın ağ və qaraciyərləri), 2 nömrəli soyuducu kamerada  ümumi çəkisi 360 kq olan 4 ədəd iki hissəyə bölünmüş heyvan cəmdəyi, 2 ədəd heyvanın bud əti, 1 ədəd qol əti qabırğa ilə birlikdə, 1 yeşik sümükdən ayrılmış can əti və mal ətinin bel nahiyəsi, 3 nömrəli soyuducu kamerada isə ümumi çəkisi 1920 kq olan 28 ədəd iki hissəyə bölünmüş dondurulmuş heyvan cəmdəyi, 3 ədəd bud əti,  3 ədəd qol əti qabırğa ilə birlikdə 3 yeşik sümükdən ayrılmış ətlər, çəkisi 120 kq olan 8 hissə təzə kəsilmiş heyvan ətləri, yuyucu sexin yanında xeyli miqdarda ətdən ayrılmış heyvan skeletləri və kəllə sümükləri aşkar olunub.

 

Bakı şəhəri, Heydər Əliyev prospekti 6-cı köndələn 2 ünvanında yerləşən “Azərət-süd İcarə Topdansatış Birliyi”nin soyuducu anbarlarına baxış keçirilib. Baxış zamanı birliyin anbarının 505 nömrəli soyuducu kamerasında saxlanılan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatının 8581 kq sümüksüz heyvan əti, 2000 kq qoyun əti (qutularda qablaşdırılmış), Gəncliyə yardım fonduna məxsus 9450 kq dondurulmuş mal əti, 300 kq qoyun cəmdəkləri, 301 nömrəli soyuducu kamerada istifadə müddəti bitmiş Çin mənşəli 7000 kq-a yaxın ağ balıq (beluqa), 302 nömrəli soyuducu kamerada isə istifadə müddəti bitmiş Estoniya (Tallin şəhəri) mənşəli 15 000 kq miqdarında çapaq (leş) balığı aşkar edilib.

 

Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində keçirilən reydlər zamanı götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda rəis oğlundan AĞLASIĞMAZ XİDMƏT: hamilə qalmaq istəyənləri ərlərinin yanında... - ŞOK TƏFƏRRÜAT

26 Sentyabr 2017 11:38

İşlədiyi məktəbdən oğurluq edən şəxs saxlanıldı

26 Sentyabr 2017 11:36

Kibertexnologiyalar cinayətləri necə dəyişir?

26 Sentyabr 2017 11:35

Boğaz ağrısı və öskürəyi anında kəsir

26 Sentyabr 2017 11:33

Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinin məhkəməsində sakinlər ifadə veriblər

26 Sentyabr 2017 11:32

Türkiyə səfiri: "Cocuq Mərcanlının minalardan təmizlənməsi orada əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək"

26 Sentyabr 2017 11:32

Böyük Qafqaza 80 mm yağıntı düşüb - Faktiki hava

26 Sentyabr 2017 11:29

İlahi, imkan ver yaşayım!

26 Sentyabr 2017 11:28

Qızla tanış olmaq üçün görün nə etdi...

26 Sentyabr 2017 11:26

ABŞ Azərbaycanda minaların təmizlənməsinə 30 milyon dollar yardım edib

26 Sentyabr 2017 11:24

ABŞ-dan Bərzaniyə xəbərdarlıq: “Sərhədlərin dəyişdirilməsi…”

26 Sentyabr 2017 11:23

Gülaya yardım edək

26 Sentyabr 2017 11:23

Azərbaycan akrobatları Avropa çempionatının finalına yüksəliblər

26 Sentyabr 2017 11:22

Sentyabrın 26-da səhərədək ölkədə hava şəraiti qeyri-sabit keçib

26 Sentyabr 2017 11:22

Deputata Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib

26 Sentyabr 2017 11:19

İraqın ərazi bütövlüyünü dəstəkləyirik

26 Sentyabr 2017 11:19

Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

26 Sentyabr 2017 11:17

"Qarabağ" - "Roma": start heyətləri açıqlandı

26 Sentyabr 2017 11:17

İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib

26 Sentyabr 2017 11:17

İlham Əliyev Angela Merkeli təbrik edib

26 Sentyabr 2017 11:15

Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?

26 Sentyabr 2017 11:14

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT

26 Sentyabr 2017 11:13

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

26 Sentyabr 2017 11:12

“ABŞ bizə müharibə elan edib”

26 Sentyabr 2017 11:12

Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub

26 Sentyabr 2017 11:09

Elzadan yeni şeir: "Yedim, yedim, dibini yedim"

26 Sentyabr 2017 11:08

Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb

26 Sentyabr 2017 11:07

Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"

26 Sentyabr 2017 11:07

Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub

26 Sentyabr 2017 11:07

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir

26 Sentyabr 2017 11:02

İş adamı arvadını tutdurdu - Qadın məhkəmə zalında qandallandı

26 Sentyabr 2017 10:59

Bakıda qız avtobusun qapısından sallanıb getdi

26 Sentyabr 2017 10:59

Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...

26 Sentyabr 2017 10:58

Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:58

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəmə zalında həbs edilib

26 Sentyabr 2017 10:57

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

26 Sentyabr 2017 10:57

Süleymanoğlu komaya düşdü: bir neçə gün ömrü qalıb - FOTO

26 Sentyabr 2017 10:57

Azərbaycan mikrokredit götürənlərin sayına görə MDB-də liderdir

26 Sentyabr 2017 10:52

Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

26 Sentyabr 2017 10:47

ANAMA “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatını keçirib

26 Sentyabr 2017 10:47

Azərbaycan və Gürcüstan sərhədlərin qorunması məsələsində əməkdaşlığı gücləndirmək niyyətindədir

26 Sentyabr 2017 10:47

Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO

26 Sentyabr 2017 10:44

Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

26 Sentyabr 2017 10:42

"Report": Neftin bahalaşması müvəqqəti xarakter daşıyır

26 Sentyabr 2017 10:42

Azərbaycanda 532 nəfər mina partlayışları nəticəsində həlak olub - Son 16 ildə

26 Sentyabr 2017 10:39

Azərbaycanda vəzifəli şəxsin "Kürdüstan" təbliğatı

26 Sentyabr 2017 10:39

Abid Şərifov: "Hərbi sursatların təmizləmə əməliyyatı başlananadək 532 nəfər ölüb"

26 Sentyabr 2017 10:37

Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

26 Sentyabr 2017 10:35

Yeni nəsil sualtı rabitə kabeli istismara verilib

26 Sentyabr 2017 10:35

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

26 Sentyabr 2017 10:33