Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında dünya bazarında "Brent" markalı xam neftin bir bareli 45,13 dollara satılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilir.
Məlumata görə, ötən ay “Urals” nefti 44,47 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 46,64 dollardan realizə edilib.