PSG-nin hücumçusu Edinson Kavani Fransa çempionatının 15-ci turunda "Angers"lə matçda fərqlənməklə klubun tarixinə keçib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, uruqvaylı forvard parislilərin heyətində 100-cü qoluna imza atıb. Bu qol həddinə Dominik Roşto, Pedro Pauleta və Zlatan İbrahimoviç də çatmışdı. Qeyd edək ki, Kavani vurduğu qolu "Chapecoense"nin həlak olan futbolçularının xatirəsinə həsr edib.
Milli.Az