Ağcabədi sakinləri Qazaxda 25 qoyun oğurladılar

Ağcabədi sakinləri Qazaxda 25 qoyun oğurladılar
20:05 1 Dekabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda mal-qara oğurluğu ilə məşğul olan qrupun daha iki üzvü saxlanılıb.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, polis əməkdaşları bu dəfə Ağcabədi rayon sakini Xasay Kərimov və şəhər sakini Vüqar Məmmədovu yaxalayaraq istintaqa təhvil veriblər.

Qeyd edək ki, oktyabrın 2-də Qazax rayon sakinləri Sevda Kərimovaİlqar Qarayevə məxsus 25 baş qoyun naməlum şəraitdə oğurlanıb. Zərərçəkənlər hadisədən dərhal sonra yerli polis şöbəsinə məlumat veriblər. Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanları  oğurlamaqda şübhəli bilinən qrupun bəzi üzvləri isti izlərlə saxlanılsa da, digər iki nəfər məsuliyyətdən yayınmağa çalışırdı.

Hazırda qrup üzvlərinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR