OPEC-in qərarı Səudiyyə Ərəbistanına və ABŞ-a üstünlük gətirə bilər

OPEC-in qərarı Səudiyyə Ərəbistanına və ABŞ-a üstünlük gətirə bilər
20:17 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ OPEC-in gündəlik hasilatı 1,2 mln. barel azaltmaq barədə verdiyi qərar Səudiyyə Ərəbitanının və ABŞ-ın neft istehsalçılarına üstünlük gətirə bilər.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Londonda yerləşən müstəqil araşdırma təşkilatı olan Capital Economics"in Orta Şərq üzrə mütəxəssisi Ceyson Tüvey (Jason Tuvey) tərəfindən verilib. 
Onun sözlərinə görə Səudiyyə Ərəbistanı gündəlik neft hasilatındakı 1,2 mln. barelllik azalmanın 486 min barellik ən böyük hissəsini üzərinə götürüb. Bununla Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 10 mln. barelə enəcək. Lakin, bu, 2015-ci il orta günlük neft hasilatı ilə 100 min barel və ya 1% az, amma 2014-cü illə müqayisədə isə 300 min barel və ya 3% çox olacaq. Nəticədə Səudiyyə Ərəbistanının ÜDM-i illik 0,75-1% azalmaya məruz qalacaq. Ancaq neftin qiymətindəki artımın bu azalmanı kompensasiya edəcəyi gözlənilir.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı yüksələn neft qiymətlərindən 2017-ci ildə dövlət neft şirkəti "Aramco"nun səhmlərinin satışında faydalanacaq. Şirkətin səhmləri daha baha qiymətə satıla bilər. Qeyd edək ki, "Aramco"nun səhmlərinin 5%-nin satışından Səudiyyə Ərəbistanı 2 trln. ABŞ dolları gəlir gözləyir.
Hyuston Universitetinin Energetika sahəsi üzrə iqtisadçı professoru Ed Hirsin fikrincə, ABŞ-da neft hasilatının artacağı gözlənilir. O, neftin qiymətinin 50 dollar/bareldən yüksək olması halında ABŞ-da hazırda 8,7 mln. barel/gün olan neft hasilatının yaxın aylarda 9 mln. səviyyəsini keçəcəyini bildirib. E.Hirs neftin qiymətinin 50 dollar/bareli dayanıqlı şəkildə keçməsi durumunda ABŞ-da bir çox qazma quyusunun yenidən fəaliyyətə başlayacağını xatırladıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-in-qerari-s-erebistani-ve-abs-a-ustunluk-getire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR