Qarabağda döyüşlər: bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı

Qarabağda döyüşlər: bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı
20:47 1 Dekabr 2016
828 Ölkə
Ölkə mətbuatı
A- A+

İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Onu da qeyd edək ki,erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR