Neft emalı zavodunda güclü partlayış

Neft emalı zavodunda güclü partlayış
22:09 1 Dekabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın Sannadzaro-de-Burqondi  “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda güclü partlayış baş verib.      

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra zavodun ərazisində bir neçə kilometr aralıdan müşahidə olunan güclü yanğın baş verib.

 

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.  

 

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

 

Partlayışın səbəbləri hələlik elan olunmayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR