İtaliyada neft emalı zavodunda güclü partlayış - VİDEO

İtaliyada neft emalı zavodunda güclü partlayış - VİDEO
22:28 1 Dekabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın Sannadzaro-de-Burqondi şəhərində yerləşən “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda güclü partlayış baş verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışdan sonra zavodun ərazisində bir neçə kilometr aralıdan müşahidə olunan güclü yanğın baş verib.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

Partlayışın səbəbləri hələlik elan olunmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR