Ronaldinyo və Rikelme futbola qayıdır - “Şapekoense” üçün

Ronaldinyo və Rikelme futbola qayıdır - “Şapekoense” üçün
23:13 1 Dekabr 2016
144 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya və Argentina millilərinin sabiq futbolçuları - Ronaldinyo və Xuan Roman Rikelme karyeralarını bərpa edə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Daily Mail” nəşri yayıb. Xəbərdə Ronaldinyo və Rikelmenin bir müddət öncə üzvlərinin böyük əksəriyyətini təyyarə qəzasında itirən Braziliyanın “Şapekoense” klubunda çıxış etmək barədə düşündüyü qeyd edilib. Braziliyalı və argentinalı futbolçuların bu addımı üzvlərinin çoxunu faciədə itirmiş kluba dəstək məqsədiylə atmağı planlaşdırdığı vurğulanıb.

Xatırladaq ki, bir neçə gün öncə “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində klubun futbolçuları başda olmaqla, ümumilikdə 77 nəfər dünyasını dəyişib. “Şapekoense” Medelinə Cənubi Amerika kubokunun “Atletiko Nasional”la final oyununda qarşılaşmaq üçün yollanmışdı.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR