ABŞ Senatı İrana qarşı sanksiyaların 10 il uzadılması barədə qanun layihəsi qəbul edib

ABŞ Senatı İrana qarşı sanksiyaların 10 il uzadılması barədə qanun layihəsi qəbul edib
23:47 1 Dekabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ Senatı cümə axşamı Nümayəndələr Palatasının İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına dair bundan əvvəl qəbul etdiyi qanun layihəsini dəstəkləyib.
"Report" xəbər verir ki, sənəd ABŞ prezidentinə İran tərəfindən ballistik raket hazırlanmasında iştirak edən, terrorçuluğu dəstəkləyən, həmçinin insan haqlarının pozulmasında müqəssir olan şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək imkanı verir.
Konqres bu səlahiyyətləri uzatmasaydı, sanksiyaların müddəti artıq cari ilin 31 dekabrında başa çatacaqdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR