Ürək problemi olanlara xəbərdarlıq - özünüzü soyuqdan qoruyun!

Ürək problemi olanlara xəbərdarlıq - özünüzü soyuqdan qoruyun!
00:21 2 Dekabr 2016
289 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az xarici KİV-ə istinadən soyuq havanın ürəyə ziyanları barədə məlumat verir:

Mütəxəssislər deyirlər ki, hava soyuq olanda ürək bədən temperaturunu müəyyən bir səviyyədə tutmaq üçün normadan daha çox işləyir. Bu zaman daha çox işləyən ürəyin oksigenә ehtiyacı da artır.

Soyuq hava orqanizmdəki damarların daralmasına yol açır ki, bu da qan təzyiqinin yüksəlməsinə səbəb olur.

Havanın soyuması ilə birlikdə ortaya çıxan dəyişikliklərdən biri də hormonal dəyişikliklərdir. Bəzi maddələrin bədəndə artması, mövsümdən asılı olaraq, ürək xəstəliklərinin çoxalmasına gətirib çıxarır. Eyni zamanda, qanda laxtalanma artır, bu da infarkt ilə nəticələnə bilər.

Alimlər məsləhət görürlər ki, ürək problemləri yaşayan insanlar bacardıqları qədər özlərini soyuq havadan qorusunlar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR