Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib

Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib
01:52 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ İraqın Xıdır İlyas milli bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
"Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"İraq cəmiyyəti hər il fevral ayında inanca görə, mərasim iştirakçılarının dualarını dinləyən müqəddəs Əl-Xıdırın (Xızır – red.) xatirəsini yad edir. Əənəvi geyimdə olan ailələr müqəddəs təpəyə toplaşaraq, bu münasibətlə hazırladıqları xüsusi yeməkləri yeyir, DABK oynayır (milli rəqs), həmçinin Dəclə çayı sahilinə gələrək niyyətləri ilə bağlı nəzir edir, çaya şam buraxırlar" , - deyə məlumatda bildirilir.
Azərbaycanın Siyəzən rayonu ərazisində Xızır peyğəmbərlə (ə) bağlı ziyarətgah kimi baş çəkilən və müqəddəs hesab edilən Beşbarmaq adlı dağ var. Ona Xıdır Zində dağı da deyilir və Xızırın məhz burada qeybə çəkildiyi iddia edilir.
Xızır peyğəmbər İslamda peyğəmbər, həmçinin Musa peyğəmbərin (ə) müəllimi kimi qeyd olunur. Onun adı Quranda keçmir, lakin təfsirçilər demək olar ki, yekdilliklə onu Quranın Əl-Kəhf surəsinin 60-82 ayələrində Musa peyğəmbərin adı qeyd olunmayan müəllimi ilə eyniləşdirirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/xizir-peygemberin-adi-ile-bagli-bayram-yunesko-nun-medeni-irs-siyahisina-daxil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR