Kosmonavtlar üçün Yeni il hədiyyəsi aparan gəmi yandı

03:09 2 Dekabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Orbitdəki Beynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Roskosmos”un məlumatında bildirilir. Məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.

Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış.

Yanacaq, su və sıxılmış qazlardan başqa gəminin göyərtəsində orbitdə ilk dəfə şirin bibər yetişdirilməsi üçün nəzərdə tutulmuş “Lada-2” istixanası, avtomatik termonizamlayıcı sistemi ilə təchiz edilmiş yeni “Orlan-BKS” skafandrı, habelə BKS-50 missiyasının heyət üzvləri üçün Yeni il bayramı ilə əlaqədar müxtəlif meyvələr olub.    

 Qəzanın səbəbləri araşdırılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR