Donald Tramp ABŞ-ın yeni müdafiə nazirini müəyyən edib

Donald Tramp ABŞ-ın yeni müdafiə nazirini müəyyən edib
03:52 2 Dekabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp general Ceyms Mettisi Pentaqonun yeni rəhbəri vəzifəsinə təyin etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən "The Washington Post" nəşri məlumat yayıb.
Məlumata görə, təyinat gələn həftənin əvvəlində elan olunacaq. Mettisin özü isə bununla bağlı şərh verməkdən imtina edib. Trampın nümayəndələri də hələ ki, vəziyyətə aydınlıq gətirməyiblər.
Daha sonra Donald Trampın nümayəndəsi "Twitter"də prezidentin Pentaqon başçısının namizədliyi barədə qərar qəbul etməsinə dair məlumatları təkzib edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-abs-in-yeni-mudafie-naziri-mueyyen-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR