Azərbaycan Bolqarıstanda keçiriləcək xeyriyyə yarmarkasında təmsil olunacaq

Azərbaycan Bolqarıstanda keçiriləcək xeyriyyə yarmarkasında təmsil olunacaq
04:32 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Sofiya. 2 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Bolqarıstanda keçiriləcək 22-ci ənənəvi “Beynəlxalq Xeyriyyə Bazarı”nda Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edəcək.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxt Sofiyanın İnter Ekspo Mərkəzində keçiriləcək bazarda Azərbaycan güşəsi də yaradılacaq.
Burada ziyarətçilərə ölkəmizin milli mətbəxinin ləziz təamları və eləcə də müxtəlif çeşidli suvebirlər təqdim olunacaq.
Sofiya Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil ediləcək bazara ümumilikdə 50-dən çox ölkə qatılaraq, öz folkloru, milli mətbəxi, musiqi, eksponat və geyimlərini sərgiləyəcək.
Bazardakı satışdan toplanan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq.
Qeyd edək ki, ötən il bu məbləğ 330 min lev (təqribən 170 min avro) təşkil edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR