Torpaq alarkən nəyə fikir verməli?

Torpaq alarkən nəyə fikir verməli?
07:57 2 Dekabr 2016
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Çıxarışı olmayan torpaq sahələrini almaq kifayət qədər riskli addımdır

İnsanların əksəriyyəti ev problemini həll etməyin yolunu şəhər kənarında torpaq sahəsi alıb, ev tikməkdə görür. Ancaq çox zaman satılan torpaqların sənəd problemi olur. Bir müddət sonra onların qanunsuz satıldığı belə üzə çıxır. Son zamanlarsa bu sahədə daha çox bələdiyyələrin adı hallandırılır.

Bu ilin 9 ayı ərzində Azərbaycanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb. Bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir" adlı məqaləsində deyilir. Məqalədə bildirilib ki, 9 ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, tikinti sahəsi üzrə ekspert Ramil Osmanlının "Ekspress"ə bildirdiyinə görə, torpaq sahələri də daşınmaz əmlak subyektləri kimi oxşar kateqoriyadan olan əmlakdır: "Torpaq sahələrinin də alqı-satqısı bir qayda olaraq notarial qaydada həyata keçirilməlidir. Bunun üçün vacibdir ki, satışa çıxarılan torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiq edən sənədi, yəni çıxarışı olsun. Çıxarışı olmayan torpaq sahələrini almaq kifayət qədər riskli addımdır. İnsanlar düşünmədən maddi vəsaitlərini riskə atırlar".

Dediyinə görə, bələdiyyələr bir qayda olaraq hərraclar vasitəsilə torpaq sahələri ilə bağlı elan verməli və hərrac komissiyasının iştirakı ilə bələdiyyə torpaqları satışa çıxarılmalıdır. Əks təqdirdə bələdiyyədən alınan torpaq sahələri reyestrə düşmür və alqı-satqı əməliyyatları qanunsuz hesab olunur. Müsahibimiz bildirir ki, gələcəkdə onların sənədləşdirilməsi problem olacaq. "Eyni zamanda, bəzi hallarda bələdiyyələr dövlət fonduna aid olan torpaqlar üzərində qeyri-qanuni sərəncam verirlər. Onun alqı-satqısını həyata keçirirlər və sonrakı mərhələdə bu məsələ aşkarlandıqda həmin torpaq sahəsi geri alınır".

Qanunsuz torpaq sahəsinin geri alınması zamanı vətəndaşın ödədiyi vəsaitin qaytarılmasına gəlincə Osmanı bildirir ki, bu artıq vətəndaşla bələdiyyə arasındakı hüquqi münasibətlərə dayanan məsələdir. "Bu artıq vətəndaşla bələdiyyə arasında məhkəmə qaydasında həll olunmalıdır. Bu isə uzunmüddətli problemdir və onun həlli üçün uzun müddət məhkəmədə mübarizə aparılmalıdır".

Ekspert tövsiyə edib ki, insanlar etibarnamə ilə hər hansı formada şifahi razılaşma ilə və yaxud ikitərəfli notarial qaydada təsdiq olunmayan müqavilələrlə alqı-satqılara getməsinlər və bu alqı-satqı əməliyyatları qanunsuzdur: "Bunun mülki hüquqda tənzimlənmə mexanizmi təəssüflər olsun ki, mövcud deyil".

Qeyd edək ki, bəzən alıcılar torpaq sahəsi alsa da, ev tikdirmək istəyəndə, icazə vermirlər. R.Osmanlı vurğulayıb ki, bütün torpaq sahələrinin sənədlərində onların təyinatları barədə məlumatları qeyd olunub: "Ona görə çıxarışın olması vacibdir ki, çıxarışda torpaq sahəsinin mülkiyyətdə olmasıyla bağlı məlumatlarla yanaş onun təyinatı barədə də məlumat verilir. Əgər yaşayış məntəqəli təyinatlı torpaqdırsa, ev tikintisi üçündürsə, bu torpağı alıb orada ev tikmək olar. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı həyata keçirilir. Sonradan orada ev tikintisinə başlanılır. Bu həm tikinti prosesində, həm də sonrakı mərhələdə həmin obyektin sənədləşməsində çox ciddi problemə gətirib çıxarır. Hesab edirəm ki, heç bir sənədi olmayan torpaq sahəsi ilə ayrı təyinatı olan torpaq sahəsinin alınması oxşar məsələdir. Kifayət qədər pul, vaxt, əsəb itkisinə gətirib çıxaran məsələdir".

Onun dediyinə görə, "torpağın sənədi yoxdur, onu aldıqdan sonra sənədini düzəldərsiniz" təklifini ümumiyyətlə qəbul etmək olmaz: "Bunun arqumenti ondan ibarətdir ki, sənədini düzəlt, alqı-satqı üçün normal vəziyyətə gətir və biz alqı-satqıya gedərik. Ola bilər iki tərəf arasında qarşılıqlı razılaşma ilə notarial qaydada müqavilə bağlanar. Sənədlərin düzəlməsi üçün məbləğin bir hissəsi beh şəklində qarşı tərəfə ödənilsin. Lakin bütünlükdə torpağın sənədinin düzəldilməsinin alıcıya yüklənilməsi dələduzluğun başlanğıcıdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

19 Sentyabr 2017 17:42

Ukrayna birjasında Azərbaycan neftinin yekun satış hərracı keçirilib

19 Sentyabr 2017 17:42

“Barselona”nın 105 milyon avroluq yeni transferi 3,5 ayadək sıradan çıxıb

19 Sentyabr 2017 17:42

Prokuror tanışının gözünü daşla çıxaran şəxsə cəza istəyib

19 Sentyabr 2017 17:42

ASAN Radio YENİ MÖVSÜMDƏ

19 Sentyabr 2017 17:39

Cizgi filmləri uşaqları necə məhv edir- Psixoloq RƏYİ

19 Sentyabr 2017 17:38

Alimlər məlumatların optik çiplərdə saxlanılması üsulunu təklif ediblər

19 Sentyabr 2017 17:35

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə buraxılan markalar imzalanıb və möhürlənib

19 Sentyabr 2017 17:35

İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparatı vurduğunu bəyan edib

19 Sentyabr 2017 17:32

Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb

19 Sentyabr 2017 17:32

Belçika sahilində 70 il əvvələ aid sualtı gəmi AŞKAR EDİLDİ – 23 cəsəd...

19 Sentyabr 2017 17:28

Ədliyyə naziri Samuxda vətəndaşları qəbul edəcək

19 Sentyabr 2017 17:22

Sentyabrın 20-nə manatın məzənnəsi

19 Sentyabr 2017 17:22

Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF

19 Sentyabr 2017 17:18

Manatın sabaha olan MƏZƏNNƏSİ

19 Sentyabr 2017 17:18

Sumqayıtda başlayacaq, Qəbələdə bitəcək

19 Sentyabr 2017 17:17

Kosmetika zavodundakı yanğın söndürüldü

19 Sentyabr 2017 17:17

"ÜAK-la bağlı qərar fəaliyyətimizin zəifləməsinə səbəb olmayacaq" - Komitə sədri

19 Sentyabr 2017 17:14

Nazim İbrahimov: “Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının qərarı təəssüf doğurur”

19 Sentyabr 2017 17:12

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb

19 Sentyabr 2017 17:12

Qalstuku bu üsulla bağlayın

19 Sentyabr 2017 17:12

Yaponlar Azərbaycanın bu universitetinə 131 min manat sərmayə qoydu

19 Sentyabr 2017 17:08

“Gazelli Group”da baş verən yanğın söndürülüb

19 Sentyabr 2017 17:07

"Bank VTB (Azerbaijan)" ASC plastik kart sahiblərinə yeni xidmət təklif edir

19 Sentyabr 2017 17:07

AFFA: Qərar sabah məlum olacaq

19 Sentyabr 2017 17:03

“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

19 Sentyabr 2017 17:02

Türkiyə müharibəyə başlaya bilər

19 Sentyabr 2017 16:58

Tutulan futbolçunun atası: "Oğlumla maraqlanmamışam"

19 Sentyabr 2017 16:49

“Bu anbarda deputatların alınması üçün...” – Saakaşvilidən ŞOK İDDİA

19 Sentyabr 2017 16:48

PFL bu oyunun yerini dəyişdi

19 Sentyabr 2017 16:47

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çox olub

19 Sentyabr 2017 16:47

"Sumqayıt" - "Qarabağ" oyununu saat neçədə başlayacaq?

19 Sentyabr 2017 16:47

Ermənilərin ölümlə təhdid etdiyi tarixçi Baş prokurorluğa üz tutdu

19 Sentyabr 2017 16:43

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

19 Sentyabr 2017 16:42

Bakıda məşhur kosmetika zavodu YANIR

19 Sentyabr 2017 16:42

Bakıda "Gazelli"nin zavodu yanır - VİDEO

19 Sentyabr 2017 16:38

“Nokia 9” smartfonunun yeni fotoları dərc edilib

19 Sentyabr 2017 16:35

Məmmədyarov Nalbandyanla görüşəcək - Amerikalı həmsədr

19 Sentyabr 2017 16:34

Bu da Xalq artisti - Aygünün konsert biletlərinin cəmi 7%-i...

19 Sentyabr 2017 16:33

Ukraynadakı azsaylı xalqlar ölkədə siyasi sabitliyin qorunmasının tərəfdarı olduqlarını bəyan ediblər

19 Sentyabr 2017 16:32

Son günlər barışan məşhurlar

19 Sentyabr 2017 16:32

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA

19 Sentyabr 2017 16:29

İraq neft hasilatını daha 1% azaltmağı təklif edib

19 Sentyabr 2017 16:27

“Turan” haqqında məlumatlar həqiqəti əks etdirmir

19 Sentyabr 2017 16:25

Bakıda bit problemi - Millət vəkili şikayətçidir

19 Sentyabr 2017 16:24

Nazarbayev Vaşinqtonu dəstəklədi: Moskvaya qarşı növbəti GEDİŞ

19 Sentyabr 2017 16:23

AFFA Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə dair xəbərlərə münasibət bildirib

19 Sentyabr 2017 16:22

Azərbaycanda sulu qəlyan tam qadağan oluna bilər

19 Sentyabr 2017 16:19

Azərbaycanda qəlyan qadağan olunur?

19 Sentyabr 2017 16:19

Dünyanı xilas edə biləcək BİRCƏ FOTO: "Qum dənə"sinin içində daşlanan qadın - RƏYLƏR

19 Sentyabr 2017 16:18