ABŞ-ın müdafiə naziri “Quduz köpək” olacaq

ABŞ-ın müdafiə naziri “Quduz köpək” olacaq
08:09 2 Dekabr 2016
158 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.

 

APA-nın “CBS News”a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.

 

“Biz “Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, - deyə Tramp bildirib.

 

O, Mettisin dahi generallardan biri olduğunu bildirib.  Tramp Ceyms Mettisi  Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.

 

Qeyd edək ki, Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.

 

“Quduz köpək” dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR