2000 il əvvəl öldü, hələ də bədənində qan var - FOTO/VİDEO

2000 il əvvəl öldü, hələ də bədənində qan var - FOTO/VİDEO
08:18 2 Dekabr 2016
3578 Digər
Ölkə mətbuatı
A- A+

Çinli bir qadının bədəni tam 2000 ildir mühafizə olunur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, indiyə kimi bədəni ən yaxşı saxlanmış mumiya hesab olunur.

Bədəni hələ də yumşaqdır, qolları və ayaqları var. İnanmayacaqsınız, amma bədənində qan belə var. Onun məzarı hava hücumlarından mühafizə olunmaq üçün tikilən sığınacaqların qazıntıları zamanı tapılıb.

Mumiyanı yaran mütəxəssislərin sözlərinə görə, qadının qaraciyər və ürək xəstəlikləri, həmçinin təzyiqi olub. Təxminlərə görə, qadın 50 yaşında vəfat edib.

Yerin 12 metr dərinliyində tapılan məzarda bahalı ipək paltarları və makiyaj əşyaları olub. Mumiya bakteriyaların çox az olduğu bir məzarda olsa da, onun 2000 il qalmasının hələ də elmi bir izahı yoxdur. “Diva” adlanan mumiya sirrini hələ də saxlayır.

Ömər




Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/178175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR