ABŞ-ın yeni müdafiə naziri müəyyənləşdi

ABŞ-ın yeni müdafiə naziri müəyyənləşdi
08:58 2 Dekabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp general Ceyms Mettisi Pentaqonun yeni rəhbəri vəzifəsinə təyin etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən "The Washington Post" nəşri məlumat yayıb.

Məlumata görə, təyinat gələn həftənin əvvəlində elan olunacaq. Mettisin özü isə bununla bağlı şərh verməkdən imtina edib. Trampın nümayəndələri də hələ ki, vəziyyətə aydınlıq gətirməyiblər.

Daha sonra Donald Trampın nümayəndəsi "Twitter"də prezidentin Pentaqon başçısının namizədliyi barədə qərar qəbul etməsinə dair məlumatları təkzib edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR