Lənkəranda DƏHŞƏTLİ QƏZA: yaşayış evi də alışdı

Lənkəranda DƏHŞƏTLİ QƏZA: yaşayış evi də alışdı
09:32 2 Dekabr 2016
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu gün saat 08.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Cil kəndi ərazisindən keçən hissəsində Lənkəranın Separadi kənd sakini İlqar Şərif oğlu Məcidovun idarə etdiyi "Ford" markalı, 99 EA 142 dövlət nömrə nişanlı yük mikroavtomobili rayonun Cil kənd sakini Bəhmən Süleyman oğlu Rəsulovun idarə etdiyi "VAZ-2107" markalı, 10 EE 198 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən "Ford" maşını idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə, telefon yeşiyinə və qaz borusuna çırpılıb. Nəticədə qırılmış qaz borusundan qaynaqlanmış güclü alov dalğası yaxınlıqdakı yaşayış evinə keçib. "Ford"un mühərrik hissəsi də yanaraq, sıradan çıxıb. Hadisə yerində olan yerli sakinlərin və eləcə də Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsinin səyləri ilə yanğın söndürülməklə onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə, eləcə də qaz, elektrik və rabitə təsərrüfatına ciddi ziyan dəyib.
 
Qəzanın başvermə səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR