Qazaxıstanda ermənilərə daha bir ZƏRBƏ - FOTO

Qazaxıstanda ermənilərə daha bir ZƏRBƏ  - FOTO
09:42 2 Dekabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Uzun illər Mərkəzi Asiya və Qazaxıstan Respublikası üzrə xüsusi müxbir postunun rəhbəri olmuş, tanınmış araşdırmaçı jurnalist Aida Eyvazlı xəbər verir ki, ötən il türk millətinin qanına susamış Levon Mirzoyanın adı paytaxt Astananın ən böyük küçələrindən birindən götürülüb. Artıq həmin küçəyə Qazaxıstanın tanınmış  akademiki Kuanış Saptayevin adı verilib.

Milli.Az xəbər verir ki, "Bununla da qazaxlar əsl dost və düşnmənlərinin kim olduğunu bir daha bilmiş oldular", - deyə jurnalist modern.az-a bildirib. 

Levon Mirzoyanın adının küçə və meydanlardan yığışdırılması bu günlərdə də davam edir. 

Qazaxıstanda 2012-ci ildən bəri bayram kimi qeydn edilən Prezident Günü ərəfəsində qədim Almatı şəhərindəki ən böyük küçələrin daha birindən Levon Mirzəyanın adı götürülüb. 28 noyabr 2016-cı il tarixindən etibarən uzun illər Levon Mirzoyanın adını daşıyan küçə  bundan sonra  Şapık Şökin küçəsi adlandırılacaq. 
Aida Eyvazlı onu da qeyd edib ki, Qazaxıstanda Levon Mirzoyanın adının küçə və meydanlardan götürülməsi üçün bu ölkədə fəaliyyərt göstərən Qazaxıstan Azərbaycanlıları Birliyinin sədri Vidadi Salahov başda olmaqla diaspor fəalları böyük əmək sərf ediblər. 

Uzun illər ərzində diaspor üzvləri ölkənin müxtəlif  ali təhsil ocaqlarında keçirdikləri görüşlərdə Levon Mirzoyanın iç üzünü, türkə qarşı bəslədiyi əsl düşmənçiliyini tutarlı faktlarla hər zaman  təbliğ ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR