Mendeleyev cədvəlinə 4 yeni element DAXİL EDİLDİ - FOTO

Mendeleyev cədvəlinə 4 yeni element DAXİL EDİLDİ - FOTO
10:12 2 Dekabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın dahi kimyaçı alimi Dmitri Mendeleyevin adını daşıyan dövri kimyəvi elementlər cədvəlinə 4 yeni element daxil edilib. Onlara 113-cü, 115-ci, 117-ci və 118-ci atom nömrələri verilib.

Milli.Az Beynəlxalq Nəzəri və Tətbiqi Kimya Birliyinin (International Union of Pure and Applied Chemistry, IUPAC) rəsmi saytına istinadən bildirir ki, yeni kimyəvi elementlərin alınmasında xüsusi çətinlik onların indiyədək bəlli olmayan daha yüngül elementlərin izotoplarına parçalanmasıdır. 4 yeni elementin hamısı süni şəkildə sintez edilib. Təbiətdə urandan ağır, yəni atom nüvəsində protonlarının sayı 92-dən artıq olan elementlər yoxdur. Daha ağır atom nömrəli elementlər süni sintez yolu ilə alınır.

115, 117 və 118 atom nömrəli elementləri adlandırmaq hüququ Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun, ABŞ-ın Kaliforniya ştatındakı Livermor Milli Laboratoriyasının və Tennesi ştatındakı Ok-Ric Milli Laboratoriyasının alimlərinə məxsusdur.

Həmin elementlərə dünənədək ununpentium (Uup), Ununseptium (Uus) və ununoktium (Uuo) təki müvəqqəti adlar verilmişdi.

Mendeleyevin dövri elementlər cədvəlinə son əlavə 2011-ci ildə edilmişdi. Həmin vaxt 114-cü və 115-ci elementlər aşkarlanmış, onlara "flerovium" və "livermorium" adları verilmişdi.

Bu gün səhərsə bəlli olub ki, dövri elementlər cədvəlinə əlavə olunmuş 113-cü, 115-ci, 117-ci və 118-ci elementlərə "Moskovium" (Mc), "Oqanessium" (Og), "Nihonium" (Nh) və "Tennesium" (Ts) adları verilib.

"Moskovium"un belə adlanması onun Moskva vilayətindəki Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda kəşf olunması, əldə edilməsi ilə bağlıdır. 118-ci elementə "Oqanessium" (Og) Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, nüvə fiziki, erməni akademik Yuri Ohanesovun şərəfinə belə adlandırılıb.

113-cü element Yaponiyadakı RİKEN institutunda əldə olunduğunda "Nihonium" (Nh) adlanır. "Nihon" Yaponiyanın yapon dilində adıdır.

117-ci element olan "Tennesium" (Ts) gəldikdə isə, bu element ABŞ Energetika Nazirliyinin Ok-Ricdə (Tennesi ştatı) yerləşən Milli Laboratoriyasında əldə edilib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR