“Penalti təyin etməyin, istəmirik” - Rəşad Sadıqov

“Penalti təyin etməyin, istəmirik” -  Rəşad Sadıqov
10:17 2 Dekabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

“Bədənə toxunduqdan sonra ələ dəyən topa görə penaltinin təyin edilib-edilməməsini dəqiq bilmirəm”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.


Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutan “Qarabağ” – “Qəbələ” (2:1) matçında referi Rəhim Həsənovun qonaqların qapısına təyin etdiyi penalti barədə fikirlərini bölüşüb. O, futbolinfo.az saytına müsahibəsində bunları söyləyib: “Bu incəlikləri hakimlər bilir. Ancaq yenə də təkrar edirəm, kaş ki, o penalti təyin olunmayaydı və biz uduzaydıq. Çünki komandamız heç vaxt hakim köməyi ilə qələbə qazanmaq istəməyib. Yenə də o fikirdəyəm ki, Rəhim Həsənovun bizə kömək etmək məqsədi olmayıb. Qəbələdəki oyunu da o, idarə etmişdi. Özü də diqqət yetirin, cəmi 3 oyunda xal itirmişik və bunların ikisinin baş hakimi Rəhim Həsənov olub. Gəncədə xal itkisinə məruz qaldıqdan sonrakı turda Qəbələdə uduzduq. Yəni, “Qəbələ”yə qarşı ikinci dövrədəki oyuna Rəhimin təyinat alacağını eşidərkən biz məyus olub, çəkinməli idik. Ancaq heç vaxt oyunu kimin idarə etməsi bizi düşündürməyib. Saytınız vasitəsi ilə üzümü hakimlərə tutub deyirəm: lehimizə 100 faizli penalti olanda da təyin etməyin! Qardaş, istəmirik. Alın yazımız nədirsə, ona da imza atacağıq. Dəxli yoxdur, çempion olacağıq, yoxsa digər əyarlı medala sahib çıxacağıq. Biz həmişə təmiz futbolun tərəfdarı olmuşuq”. 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-penalti-tyin-etmyin-istmirik-t54631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR