Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edəcək
10:17 2 Dekabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında keçiriləcək.  
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Yevlax şəhərinə gəlmələrini müvafiq rayon prokurorları təşkil edəcək. 
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/zakir-qaralov-yevlaxda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR