Prosineçki ilin ən yaxşı futbolçu və baş məşqçisi seçimini edib

Prosineçki ilin ən yaxşı futbolçu və baş məşqçisi seçimini edib
10:27 2 Dekabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2016-cı ilin ən yaxşı futbolçu və baş məşqçisini müəyyənləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis İspaniya "Real Madrid"ində çıxış edən həmyerlisi Luka Modriçə səs verməyib. O, ən yaxşı futbolçu qismində "Barselona"nın hücumçusu Lionel Messini gördüyünü bildirib.
Ən yaxşı baş məşqçi seçimində isə Prosineçki Portuqaliya millisinə Avropa çempionluğu bəxş etmiş Fernandu Santuşa üstünlük verib. O, Santuşu "Barselona"nın baş məşqçisi Luis Enrikedən üstün hesab edib.
Qeyd edək ki, Azərbaycan millisinin əvvəlki baş məşqçisi Berti Foqts ən yaxşı futbolçu və ya baş məşqçi seçimində bir qayda olaraq, Almaniyadan olan həmyerlilərinə səs verib.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR