Metropolitendə yeni kollektiv müqavilə imzalanıb

Metropolitendə yeni kollektiv müqavilə imzalanıb
10:34 2 Dekabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

 

Metropolitendə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. İşəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur.

 

Bakı metropolitenində bağlanmış kollektiv müqavilənin müddəti başa çatdığı üçün, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, yeni müqavilənin layihəsi hazırlanaraq, kollektivin və rəhbərliyin müzakirəsinə çıxarılıb.

 

"Bakı Metroploteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, avqust ayında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) İcraiyyə Komitəsinin iclası yeni kollektiv müqavilənin layihəsinin hazırlanması ilə əlaqədar qərar verərək, işçi komissiya yaradıb.


Metropoliten çox geniş sahə və profili əhatə etdiyi üçün müqavilənin hazırlanması üzərində gərgin iş aparılaraq, yekun layihə sənədi hazırlanıb. Bu prosesə təcrübəli, səriştəli mütəxəssislər də cəlb olunaraq, qanunların tələbləri, yerli və beynəlxalq təcrübənin ən gözəl nümunələri araşdırılaraq, nəzərə alınıb.

 

Əmək məcəlləsinin tələblərinə uyğun olaraq layihə MİHİ-nin təşkilatçılığı ilə keçirilən və kollektivin bütün sahələrinin təmsil olunduğu ümumi yığıncağının – konfransın müzakirəsinə çıxarılaraq, səsvermənin yekdil qərarı ilə qəbul edilib. Əmək Məcəlləsinin 30-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq layihə təsdiq edildikdən sonra imzalanaraq qüvvəyə minib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR