Play Store

Dövlət Dəniz Administrasiyası tender keçirir

Dövlət Dəniz Administrasiyası tender keçirir
10:37 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi açıq tender elan edib.
"Report"un "Xalq" qəzetinə istinadən verdiyi xəbərə görə, tender 5 lot üzrə keçirilir. 
Lot-1 üzrə Azərbaycanın ərazi sularında yerləşən naviqasiya qurğu və nişanlarına xidmətlərin göstərilməsi, lot-2 - dəniz kanallarında, farvarterlərdə və körpülərdə dərinliklərin ölçülməsi işlərinin görülməsi, lot-3 - Abşeron və Şüvəlan mayaklarının təmiri, lot-4 - Uzaq Məsafədən Tanınma və İzləmə (LRİT) sisteminin proqram təminatına texniki xidmətilərin göstərilməsi, lot-5 üzrə isə Gəmi Hərəkətinin İdarəedilməsi Xidməti (VTS) sisteminin proqram təminatına texniki xidmətlərin göstərilməsini nəzərdə tutur.
Tenderdə iştirak hər bir lot üçün 100 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün zərurui sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) dekabrın 22-dək, tender təklifi və bank təminatını isə dekabrın 29-dək Bakı şəhərinin Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi,1996-cı məhəllə (“AFEN Plaza") ünvanına təqdim etməlidir. İddiaçıların təklifləri dekabrın 30-da açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/dovlet-deniz-administrasiyasi-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR