İslam dini hər bir müsəlman üçün dünya və axirət səadətini təmin edən proqramlar təqdim etmişdir. İnsanın həm fərdi, həm ictimai, həm ailə həyatına aid olan proqramları.
Bu göstərişlərdən biri də qonuşlarla bağlı olan göstərişlərdir.
İslam Peyğəmbəri (s) həmişə öz yaxınlarına tövsiyə edirdi ki, elə yerdə məskunlaşın ki, orada ən yaxşı qonuşlardan bəhrələnə biləsiniz. O zaman ki, səhabələrdən biri ondan soruşur ki: "Ey Allahın Rəsulu! Fikrim var ki, ev alım, sizin nəzərinizə görə hansı məhəllə daha yaxşıdır?". Həzrət Rəsuli-Əkrəm (s) hansısa məhəllənin adını çəkmək yerinə buyurur: "Əvvəl qonşu, sonra ev. Əvvəl rəfiq, sonra səfər".
Bizim qonuşlarımızın qarşısında 4 vəzifəmiz vardır ki, gərək onlara əməl edək:
1. Qonşuya hörmət etmək. Qonşuya hörmət etmək - İslam dininin tövsiyələrindəndir. Peyğəmbərimiz (s) buyurur: "Qonşuya hörmət etmək - anaya hörmət etmək kimi insana lazımlıdır".
2. Qonşuya əziyyət verməmək. Başqalarına əziyyət vermək -
insanın pak fitrətinə zidd bir əməldir. Heç bir sağlam ağıl onu
qəbul etmir. Peyğəmbərə (s) deyirlər: "Filan qadın gündüzləri oruc
tutur, gecələri namaz qılır, sədəqə verir. Ancaq qonşusunu dili ilə
incidir". Həzrət Rəsulallah (s) buyurur: "Onda xeyir yoxdur. O,
atəş əhlidir".
İmam Sadiq (ə) buyurur: "Allahın rəhmətindən uzaqdır! Allahın
rəhmətindən uzaqdır, o kəs ki, qonşusuna əziyyət verər".
3. Qonşunun əziyyətinə səbir etmək. O zaman ki, insanlar bir yerdə yaşayır, ola bilsin ki, bəzi diqqətsizliklər qonşulara əziyyət versin. Bu amilin özü qonşularda kin və küdurətə yol aça bilər. Müsəlman gərək bu diqqətsiz qonşusunun əziyyətinə səbir etsin. Əgər çarəsiz ona reaksiya verməli olsa, onda gərək mülayim dillə ona təzəkkür versin. Belə ki, bu təzəkkür onun islah olmasına səbəb olsun, nəinki onu incitsin. İmam Kazım (ə) buyurur: "Ən yaxşı qonşuluq əziyyət verməmək deyildir, bəlkə ən yaxşı qonşuluq - onun əziyyətinə səbir etməkdir".
4. Sirrini qorusun. Qonşuların uzun müddət bir yerdə yaşaması
nəticəsində onlar bir-birinin sirlərindən agah olarlar. Onların
eybini başqasının yanında ifşa etmək - pis bir iş olardı. Əgər
qonşunun sirrindən xəbərdar olmusunuzsa, onu gizli saxlayın. İmam
Səccad (ə) buyurur: "Əgər qonşunun sirrindən agah olmusansa, gərək
onu gizli saxlayasan".
Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrindən soruşur:
"Bilirsinizmi ki, qonşu haqqı nədir?". Dedilər: "Yox". Buyurdu:
"Qonşu haqqı odur ki, əgər bir işdə sizdən yardım istəsə, ona
yardım edəsiniz. Əgər borc istəsə, ona verəsiniz. Nə zaman yoxsul
olsa, onun əlindən tutasınız. Əgər ona xeyir çatsa, onu təbrik
edəsiniz. Xəstə olan zaman ziyarətinə gedəsiniz. Müsibət üz verən
zaman ona başsağlığı verəsiniz. Əgər ölsə, cənazə mərasimində
iştirak edəsiniz. Evinizi onun icazəsi olmadan genişləndirməyin ki,
havasının daxil olmasına mane olmasın. Nə zaman meyvə alsanız, bir
miqdarını ona hədiyyə edin. Əgər bu işə meyliniz olmasa, (meyvəni)
gizlincə evinizə daxil edin. Diqqət edin ki, övladlarınız onu evdən
bayıra aparmasınlar ki, onun uşaqları görməsin".
Qonşuların bir-biri ilə rəftarı bərəkət mənbəyinə çevrilə bilər.
İmam Sadiq (ə) buyurur: "Yaxşı qonşuluq şəhərləri abad və ömürləri
uzun edər".
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Yaxşı qonşuluq ruzini çox
edər". (Deyerler.org)