Play Store

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 9-cu yeri tutur

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 9-cu yeri tutur
11:07 2 Dekabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2016-cı ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2016) dərc edib.
"Report" İnstitutun məlumatına istinadən xəbər verir ki, Azərbaycan ötən illə (8-cı yer) müqayisədə 1 pillə geriləyərək reytinqdə 9-cu sırada qərarlaşıb.
Ermənistan 3-cü, Türkiyə 20-ci, İran 26-cı, Gürcüstan isə 48-ci pillədə yer alıb.
Rusiya dünyanın ən hərbiləşdirilmiş ölkələri siyahısında ilk beşliyi qapayıb.
BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci, İordaniya 4-cü sırada qərarlaşıb.
Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq, hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.
Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-dunyanin-en-cox-herbilesdirilmis-olkeleri-sirasinda-9-cu-yeri-tutur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR