Şəkidə 240 min hektara yaxın sahədə kadastr işləri aparılıb

Şəkidə 240 min hektara yaxın sahədə kadastr işləri aparılıb
11:37 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün “Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi”nə həsr olunan ictimai təqdimat keçirib.
“Report”un məlumatına görə, təqdimatda çıxış edən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycanda torpaqların elektron uçotunu aparmaq üçün əmlak-torpaq idarəçiliyi formalaşdırılır. Xidmət rəisinin sözlərinə görə, tapşırığın icrası olaraq torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, İnzibati Ərazi Vahidləri, İnzibati Ərazi Dairələri və rayonlar üzrə torpaq ehtiyatları haqqında dəqiq elektron kadastr məlumat bazasının yaradılması işinə başlanılıb: "Ölkədə aparılan torpaq islahatından sonra torpaqların kadastr uçotu sahəsində ilkin layihələr reallaşdırılıb. Bu sahədə real vəziyyəti öyrənmək və mövcud uyğunsuzluqları aradan qaldırmaq məqsədi ilə pilot layihə çərçivəsində Şəkidə 240 min hektara yaxın sahədə kadastr işləri aparılıb. Sözügedən işlər bu ilin dekabr ayında yekunlaşıb. Pilot layihə artıq başa çatıb".
R.Quliyev qeyd edib ki, torpaq münbitliyinin bərpası, artırılması, mühafizəsi və kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlığa nail olunması məqsədi ilə torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinə ehtiyac var: "Əldə olunan kadastr məlumatları əsasında rayonun timsalında CİS-in tətbiqi ilə torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair təkliflər hazırlanıb. Torpaqların elektron uçotu işləri nəticəsində Şəkinin ərazisi ilə bağlı bir çox xəritələr tərtib olunub. Ərazininmeyllik xəritəsi (3D formatında), dəniz səviyyəsindən mütləq yüksəkliyə görərayon ərazisinin bölgü xəritəsi hazırlanıb. Bitkilərin məhsuldarlığında mühüm rol oynayan 10 dərəcədən yüksək fəal temperaturların cəmi xəritəsi və rayon ərazisinin yağıntıların miqdarına görə bölgüsünü əks etdirən xəritə tərtib edilib. Eyni zamanda torpaqların eroziyaya uğrama xəritəsi, torpaq xəritəsi, eləcə də Şəkinin torpaqlarının şorlaşma vəşorakətləşmə xəritələri də tərtib olunub". 
R.Quliyev torpaqların kəmiyyət, keyfiyyət uçotuna dair göstəricilər, həmçinin aqroiqlim və relyef göstəriciləri əsasında müvafiq alqoritm cədvəlinon də tərtib edildiyini vurğulayıb: "CİS-in tətbiqi ilə aparılan təhlillər nəticəsində Azərbaycanda aparıcı kənd təsərrüfatı bitkiləri - çoxillik əkmələr və çərəz, dənli, dənli-paxlalı, texniki, tərəvəz, bostan bitkilərinin becərilmə imkanlarını özündə əks etdirən areal xəritələri hazırlanıb. Xəritələrdə ayrı-ayrı bitkilər üçün qeyri-məqbul, məqbul, yaxşı və əla hesab edilən areallar göstərilib".
Tədbirdə Komitə rəsmiləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Coğrafiya İnstitutu, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/sekide-240-min-hektara-yaxin-sahede-kadastr-isleri-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR