Bakıda daha bir oğurluğa cəhd olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 1-də saat 01.35 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindəki apteklərdən birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sabirabad rayon sakini Nemət Abdullayev saxlanılaraq 15-ci PB-yə təhvil verilib.
Araşdırma aparılır.