Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 3-ü yaralanıb

Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 3-ü yaralanıb
11:47 2 Dekabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının silahlıları arasında baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub, 3-ü isə yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, atışma Çukurca rayonundakı Güveb dağı ərazisində baş verib.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrinin dəstəyi ilə həmin bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR