Nazir: "Ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq"

Nazir: "Ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq"
11:52 2 Dekabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ "Yalnız xarici və yaxud kənar akkreditasiyada deyil, həm də daxili akkreditasiya alətlərinin inkişaf etdirilməsində maraqlıyıq".
"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda akkreditasiyanın vacib olmasının bir neçə mühüm səbəbi var: "Ən əsas səbəb ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri də liberallaşmanın davam etdirilməsidir. Bununla da ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq".
M.Cabbarov xatırladıb ki, Azərbaycanda təhsil müəssisələrinin akreditasiyasına 2004-cü ildən başlanıb: "Hökumətin qərarı ilə 2015-ci ilin noyabrın 28-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. Yeni akkreditasiya qaydaları Avropa standartlar və təlimatlara uyğunlaşdırılıb. Xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə və strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti və təlim resursları, tələbələrə dəstək xidmətləri daxildir".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/nazir-ali-ve-diger-tehsil-muessiselerinin-muxtariyyetinin-ve-rolunun-artirilmasi-temin-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR