Bakı metrosuna işçilər lazımdır

Bakı metrosuna işçilər lazımdır
12:05 2 Dekabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssislərin işə qəbulunu elan edir.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, işə qəbul olmaq istəyənlər texniki ali təhsilli, hərbi mükəlləfiyyətli (kişilər), 25-35 yaşlı şəxslər olmalıdır. Xarici dil (ingilis) bilgisi arzuolunandır. Bundan əlavə, kompüterlə işlədikdə MS Office (Word, Excel, Power Point, Outlook) proqram təminatı bacarıqlarına malik, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə bağlı bilgili olmalıdır.

İşə qəbul olmaq istəyənlər "Bakı Metropoliteni" QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis" vəzifəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix dekabrın 20-si müəyyən edilib.

İlkin İzzət

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR