Əməkdar artist ATV-nin serialını tənqid etdi: "3 manatlıq xalat geyinib"

Əməkdar artist ATV-nin serialını tənqid etdi:  "3 manatlıq xalat geyinib"
12:11 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

“Təsadüfən ATV kanalında yayımlanan bir seriala baxdım, dəhşətə gəldim. Bu qədər qeyri-profesionallıq olar? Belə biabırçılıq olar?".
 
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb.

Aktrisa ATV-də yayımlanan seriallardan birini tənqid edib. N.Allahverdiyeva adını çəkmədiyi ekran işində aktyorların geyimini ələ salıb:

“Hadisə içi bahalı əşyalarla dolu olan villada baş verir. Ana rolunu (villanın sahibəsi) ifa edən aktrisanın qrimi, saç düzümü, əynindəki 3 manatlıq xalatı varlı qadını yox, xadiməni xatırladır. Operator və rejissor işindən danışmağı lüzum bilmirəm, çünki bu faciədir.

Məişət dilini seriallara gətirirlər, guya ki, bu danışıq dilidir. Başa düşmürlər ki, kinonun öz dili var. Seriallarda oynayan bəzi istedadlı aktyorlar da rejissor naşılığı ucbatından pis vəziyyətə qalırlar. Gedin özünüzə başqa sənət tapın, “bezdarnı” yığını...”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR