"Aztelekom" MMC-yə baş direktor təyin olunub.
Bu barədə Milli.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Suat Paşayev "Aztelekom" MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, S.Paşayev bu ilin may ayından "Aztelekom" MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.
Milli.Az