FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən öz
tərəfdarlarının evinə gizli kameralar yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə vaxtilə Gülən
tərəfdarı olan, sonradan camaatla yollarını ayıran yazar Latif
Ərdoğan deyib.
L.Ərdoğan qeyd edib ki, kameralar hətta evlərin hamamlarında da
olub: “Gülən moizələrinin birində dedi ki, “hamamda çimərkən belə
çılpaq olmayın”. Yanımda oturan bir nəfər qulağıma pıçıldadı ki,
mən hamamda çılpaq çimirəm, xoca məni nəzərdə tutur”. Sonradan
ortaya çıxdı ki, hamamlara qədər gizli kameralar quraşdırıblar.
Təsəvvür edin, insanların həyat yoldaşlarını, qızlarını da çəkiblər
və lazım olanda bundan şantaj kimi istifadə edilib. Mənim də başıma
gəlib. Mən onun adamı sayılırdım, lakin məni belə
dinləyirdilər”.
Asif