"Bunu edən ilk aktrisayam" - Məleykə Əsədova+fotolar

"Bunu edən ilk aktrisayam" -  Məleykə Əsədova+fotolar
12:56 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Məleykə Əsədova tədbirlərin birində fotokameramız qarşısıma keçib.

Axşam.az-ın məlumatına görə, aktrisa transparan koftası ilə diqqət çəkib.

Mərasimlərdə “səhnəmizin kraliçası” kimi təqdim olunan M.Əsədova həmkarlarının onu qısqanıb-qısqanmaması ilə bağlı sualları cavablandırıb:

“Səhnədə canlandırdığım obrazlara görə mənə bu adı verirlər. 27 ildir eyni statusu qoruyub saxlayıram. Bu hər bir aktrisaya nəsib olmur. Bu gün mənim 5, 45, 80 yaşında da fanatım var. Şöhrəti əldə etmək olar, onu saxlamaq lazımdır. Mən səhnə üçün doğulmuşam. İlk səhnəyə gəlişim C.Cabbarlı əsəri ilə oldu. Gültəkin obrazı mənə uğur gətirdi. O zaman hər kəs mənə dedi ki, Azərbaycan səhnəsinə təbii aktrisa gəlib. 10 il sonra yenidən həmin obrazı canlandırdım. İndi isə “Balerina Nurcahan” obrazını oynayıram. Səhnədə balet oynayan ilk aktrisayam. Öz plastikamdan istifadə edib, bunu göstərirəm. İlk aktrisayam ki, səhnədə iki obrazı canlandırmışam: Züleyxa və Kleopatra. Allah mənə bu istedadı verib”.

M.Əsədova qalmaqallı yazılar oxumadığını söuləyib:

“Bəziləri reytinq xətrinə süni qalmaqal edir. Mən bu cür yazıları oxumuram. Elə buna görə də görkəmimi qoruyub saxlayıram. Heç vaxt qalmaqallı suallara cavab vermirəm. Hətta mənim haqqımda danışana da münasibət bildirmirəm. Tamaşaçıların yaddaşında obrazlarımla qalmaq istəyirəm. Hər şeyə gözəl baxıb, gözəlliyi görməliyik. Qara rəngin özü belə gözəldir. Onu görmək üçün gözəl düşüncəyə sahib olmaq lazımdır”.








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR