Play Store

Sankt-Peterburqda azərbaycanlını qarət ediblər

Sankt-Peterburqda azərbaycanlını qarət ediblər
13:12 2 Dekabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Sankt-Peterburqda avtomobil mərkəzinin meneceri kimi fəaliyyət göstərən 41 yaşlı azərbaycanlı qarət edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, dünən axşam vaxtı naməlum cinayətkarlar Kolomyajski prospektində kişiyə hücum edib. Zərərçəkən müqavimət göstərib. Onu vəhşicəsinə döyüb içərisində 630 min rubl (təsminən 10 min dollar) pul olan çantasını və pasportunu əlindən alıblar.
Zərərçəkən qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Polis nəzarət kameralarına tuş gələn quldurların axtarışı ilə məşğuldur.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sankt-peterburqda-azerbaycanlini-qaret-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR