Bu cövhər siqareti tərgitməyə kömək edir

Bu cövhər siqareti tərgitməyə kömək edir
13:18 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Siqareti tərgitmək istəyən insanların ən böyük problemlərindən biri səhər yuxudan ayılan kimi nikotin ehtiyacı hiss etmələridir. Bədən və beyin bu zəhərin varlığına o qədər alışır ki, ona olan ehtiyac orqanizmə mənfi təsir edir.

Publika.az-ın sağlamlıq bölməsi səhərlər orqanizmin nikotinə olan ehtiyacını azaldan cövhəri təqdim edir.

İnqrediyentlər:

1 ədəd limon

1 ədəd portağal

1 ədəd yerkökü

1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil

15 üzüm dənəsi

1 stəkan jenşen

1 litr su

Hazırlanması:

Portağalın və limonun suyunu sıxın. Limonun qabığını atmağın, bir küncdə saxlayın. Yerkökləri yuyub doğradıqdan sonra limon və portağal suyu ilə qarışdırın. Bu qarışığa jenşen tozu, sürtgəcdən keçirilmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığını da suya əlavə edib için.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/178252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR