Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?
13:32 2 Dekabr 2016
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Təhsil Nazirliyi xaricdə distant ali təhsil alan azərbaycanlı tələbələrin diplomlarının tanınmamasının səbəbini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev jurnalistlərə deyib ki, hazırda Azərbaycanda distant təhsil formasının mexanizmi mövcud deyil.

Onun sözlərinə görə, Azərbaycanda distant təhsil mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmirlər.

S.Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq.

Nazirlik rəsmisi Azərbaycanın diplomlarının hər bir xarici ölkənin prosedur qaydalarına uyğun olaraq tanındığını söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/educations/495099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR