“LTE-M” texnologiyası ilk dəfə Avropada sınaqdan keçirilib

“LTE-M” texnologiyası ilk dəfə Avropada sınaqdan keçirilib
13:35 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Hollandiyanın "KPN" telekommunikasiya şirkəti Avropada ilk dəfə "LTE-M" adlı "Əşyalar interneti" texnologiyasını sınaqdan keçirib. "Qualcomm Technologies" və "Ericsson" şirkətlərinin istehsalçıları layihəyə kömək ediblər. Sınaqlar çərçivəsində "Qualcomm" şirkətinin test qurğuları və "Ericsson" şirkətinin infrastruktur avadanlığından istifadə edilib. İstehsalçıların məlumatına görə, "MDM9206" modeminin köməyi ilə məlumatların aşağı sürətlə ötürülməsi üçün iqtisadi cəhətdən səmərəli "Əşyalar interneti" texnologiyasının yaradılması mümkündür. "MDM9206" modemi "Əşyalar interneti" texnologiyası üçün yeni nəsil kommersiya "LTE" qurğularının imkanlarını dəstəkləmək üçün xüsusi hazırlanıb. Bu qurğular  yüksək ötürmə qabiliyyəti tələb etmədən aşağı enerji sərfiyyatına və daha geniş əhatə dairəsinə malik olacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, mütəxəssislər biznes üçün "ağıllı" xərc və enerjinin hesablanması, tikintidə təhlükəsizlik, infrastruktur, sənaye kontrolu və avtomatlaşdırma, pərakəndə satış nöqtələri, aktivlərin izlənilməsi, tibbi layihələr kimi sahələr daxil olmaqla yeni imkanların geniş spektrini əhatə etməsini əsas üstünlüklərə aid edirlər.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44697-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR